Novruz Məmmədov Milli Məclisə gəldi

  • By admin
  • 21 Aprel 2018 12:13

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Gununsesi.info-nun məlumatına görə, iclasda Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri postuna namizədliyinin irəli sürülməsinə baxılır.

Novruz Məmmədov da iclasda iştirak edir.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə görə, Baş nazirin namizədliyini prezident irəli sürür. Və həmin namizəd Milli Məclisə təqdim edilir.

Gununsesi.info