Novruz Məmmədovun baş nazir postuna namizədliyi irəli sürüldü

  • By admin
  • 21 Aprel 2018 12:04

Milli Məclisin bugünkü iclasında Baş nazir təyinatına baxılacaq.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, aprelin 11-də keşirilən seçkilərin nəticələrinin hələ də sevincini yaşayırıq:

“Xalq yenə də İlham Əliyevə öz etimadını göstərdi. İlham Əliyevin yenidən prezident seçilməsi məqsədi ilə təbrik edirik”.

Milli Məclisin bu gün keçiriləcək iclasında Azərbaycanın baş nazir postuna namizəd məsələsi müzakirə olunacaq. Azərbaycan Respublikasının Baş naziri postuna Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun namizədliyi irəli sürülüb.

Daha sonra Milli Məclisin sədri ölkə başçısının Milli Məclisə ünvanladığı məktubu oxuyaraq bildirib ki, Konstitusiyanın 118-ci maddəsini əsas götürərək baş nazir postuna Novruz Məmmədovun namizədliyini irəlü sürürəm.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə görə, Baş nazirin namizədliyini prezident irəli sürür.

Mürtəza

Gununsesi.info