
Azərbaycan Yazıçılar Birliyinin üzvü gənc şairə Nuranə Nurun şeir gecəsi təşkil olunub. Gununsesi.info-nun xəbərinə görə, paytaxtdakı “Bookcafe-Bar”da təşkil olunan məclisdə gənc şairlər, habelə, AYB-nin bir sıra ünlü simaları iştirak edib.
Nuranə Nur özünün yeni şeirlərini təqdim edib.
Məclisdə çıxış edən AYB üzvləri Balayar Sadiq və Qəşəm Nəcəfzadə bu cür ədəbi məclislərin əhəmiyyətindən danışıb.
Hər iki natiq Nuranə Nuru yeni dövrün istedadlı şairlərindən biri kimi dəyərləndirib.


Gununsesi.info










