Nyu-Yorkda baş verən silahlı insidentin təfərrüatları məlum oldu

  • By admin
  • 14 İyun 2016 10:25

 

nyu-york incident

 

Nyu-Yorkda yaşanan insidentin bəzi səbəbləri məlum olub. Gununsesi.info xəbər verir ki, hadisə bahalı çanta üstündə baş verib.

 

Bir qrup yeniyetmə meydançada basketbol oynayan zaman onlardan birinin qiyməti 500 dollar olan çantası yoxa çıxıb. Oğlan ətrafdakılardan çantanı qaytarmağı tələb edib. Cavab almayan gənc meydançanı tərk edib, bir müddət sonra isə silahlı şəxslə geri dönüb.

 

İnsident 15-17 yaş arası beş yeniyetmənin yaralanması ilə nəticələnib. Onların həyatlarına təhlükə olmadığı bildirilir. Polis atəş açan şəxsin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat aparılır.  (APA, RİA Novosti)

 

***

 

03:20

 

Nyu-Yorkda uşaq meydançasında atışma olub.

 

Gununsesi.info xəbər verir ki,  insident yerli vaxtla saat 17:00 radələrində, şəhərin İst Fletbuş bölgəsində qeydə alınıb.

 

Zərərçəkənlərin sayı barədə müxtəlif məlumat verilir. Yerli KİV azı 2 nəfərin, polis mənbələri 5 nəfərin yaralandığını bildirir. Xilasedici xidmətdən verilən məlumata görə isə insident nəticəsində 6 nəfər “Kings County” hospitalına yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir. Hadisə ilə əlaqədar rəsmi qurumlar tərəfindən hələ ki, şərh verilməyib.  (APA, İnterfax)