
“Space”də aktrisa Tünzalə Əliyevanın verilişinin qonağı müğənni Nazənin olub.
Gununsesi.info xəbər verir ki, aparıcı müğənnidən yol-hərəkət qaydalarına riayət edib-etmədiyini soruşub.
Nazəninin cavabını təqdim edirik: “Bu bizim özümüzə lazımdır. Biz özümüzü o dərəcəyə çatdırmayaq ki, bizi saxlasınlar, bizə artıq söz desinlər. Sənətimizdən sui-istifadə etməyək. Prodüserimə deyirəm “Elə et ki, saxlamasınlar. Mən pərt olacağam”. Düzdür, saxlayanda hörmət edirlər. Amma mən o dərəcəyə çatdırmıram ki, məni saxlasınlar”.
Gununsesi.info












