O tikanı çıxarmaq üçün… - Ləman Mərih

  • By admin
  • 27 Aprel 2022 11:05

Özümü ifadə edə bilmək üçün uzun illər çalışıb-çabaladım… Hər şeyi yoxladım, hamısı yarımçıq qaldı… Ona görə ki, heç biri ürəyimdən o tikanı çıxara bilmədi. Çox gec anladım ki, o tikanı çıxarmaq yox, onunla birlikdə yaşamağı öyrənmək lazımdır.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Zəhər tuluğu” filmindəki rolu ilə məşhurlaşan aktrisa Ləman Mərih instaqramda yazıb.

Aktrisa çətin günlər keçirdiyini qeyd edib:

“Hərdən çevrilib həyatıma baxanda özümə sual verirəm, mən özümə nə etdim? Keçmişin yükü və boşluğu ruhumu əzir. Həyatımın dolaşıq dönəmindəyəm, əslində hər şey yolundadır, lakin mən hələ özümə yol tapa bilməmişəm. Bilirəm, hamıda belə olur, bəlkə də olmur… Uzun illər mənə lazım olub-olmadığını dəqiq bilmədiyim həqiqətlər axtarışında idim… Onları tapdım… özümü itirdim”.

Məlumat üçün bildirək ki, Ləman Mərih ABŞ-da yaşan Elnur Mehdizadə ilə nişanlıdır. O, ailə qurduqdan sonra Amerikaya köçəcək.

Gununsesi.info