
Mərakeşin Atlantik okeanı sahillərində yerləşən kurort şəhərciyi Aqadirdə Aralıq Dənizi Ölkələri Xəbər Agentlikləri Alyansının (AMAN) 26-cı Baş Assambleyası işə başlayıb. Assambleyanın işində təşkilatın üzvü olan agentliklər, habelə müşahidəçilər, o cümlədən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) iştirak edirlər. Tədbirdə OANA-nı onun baş katibi, Azərtac-ın Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov təmsil edir.
Axar.az xəbər verir ki, assambleyada müasir jurnalistikanın sosial şəbəkələr dövründə intellektual mülkiyyətin və müəllif hüquqlarının müdafiə olunması kimi aktual məsələləri müzakirə ediləcək.
Tədbir iki gün davam edəcək.
Gununsesi.info