“Böyük gələcəklə bağlı planlarımızı onlarla müzakirə edirik ki, daha düzgün yol seçə bilək” - BAŞ NAZİRİN MÜAVİNİ

  • By admin
  • 04 İyul 2017 23:08

alik

Baş nazirin müavini Əli Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzaleslə görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, Ə. Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin nümayəndə heyətinin Bakıya səfərinə böyük önəm verdiyini, səfər çərçivəsində aparılan danışıqların Azərbaycanın BMT ilə əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Azərbaycanın dövlət müstəqilliyini 25 il əvvəl bərpa etdiyini xatırladan baş nazirin müavini vurğulayıb ki, ötən illər ərzində ölkəsi həm iqtisadi, həm də sosial cəhətdən böyük inkişaf yolu keçib.

“Biz qürur duyuruq ki, bu qısa müddət ərzində yeni iqtisadi və sosial inkişaf modelini yaratmışıq. Biz Azərbaycana gələn qonaqlara ölkəmizin iqtisadi-sosial nailiyyətlərini təqdim edirik. Böyük gələcəklə bağlı planlarımızı onlarla müzakirə edirik ki, daha düzgün və uğurlu yol seçə bilək. Azərbaycan özünün iqtisadi inkişaf modelini əhəmiyyətli dərəcədə təkmilləşdirmək üzərində düşünür” – deyə, Ə. Əhmədov bildirib.

Gununsesi.info