Obama faciənin törədildiyi ərazidə - - VİDEO

  • By admin
  • 17 İyun 2016 10:54

Obama and Baiden

ABŞ Prezidenti Barak Obama, Orlando şəhərində törədilmiş amansız terror aktı nəticəsində həyatını itirənlərin ailələrini ziyarət edib.

Gununsesi.info xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Baydenlə paytaxt Vaşinqtondan Orlandoya gələn Obama, ilk əvvəl qətlə yetirilənlərin ailələri, təcavüzdən xilas olanlar və bölgədə xidmət edən təhlükəsizlik qüvvələrinin rəsmiləri ilə görüşüb.

Hücumun baş verdiyi “Florida Pulse” gecə klubunda çalışanlarla görüşən Obama, daha sonra qurbanların xatirəsinə yaradılan müvəqqəti abidəni ziyarət edib. Müvəqqəti abidəyə əklil qoyan Obama, burada etdiyi çıxışında, bütün ölkənin bu faciədən çox dərindən təsirləndiyini söyləyib.

Obama, hücumda həyatını itirənlərin ailələrinə xitabən “Onlar bizim ailəmiz, onlar amerikan ailəsinin bir parçasıdır. Bizi terror etmək istəyən qatilləri dayandırmaq üçün birlikdə çalışmalıyıq”, – deyə vurğulayıb. (Anadolu Agentliyi, Qafqazinfo)