Obama Orlando hücumundan danışdı

  • By admin
  • 14 İyun 2016 08:44

Obamaa 

Xarici təşkilatların Orlando şəhərində kütləvi qətl törədən Ömər Mətinlə birbaşa əlaqəsi olmasına sübut yoxdur. Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama deyib. Obama qeyd edib ki, əslən Əfqanıstandan olan Ömər Mətin ABŞ-da doğulub və ola bilsin ki, ekstremistlərin təsiri altında olub. Amma onun hansısa planla hərəkət etməsini sübut edən dəlil yoxdur.

Qeyd edək ki, Mətinin özü də polisin hücumu zamanı öldürülüb. “İslam Dövləti” qrupunun bundan əvvəl Mətinin öz əsgərlərindən biri olması barədə bəyanat yaydığı bildirilirdi.