Obama ABŞ-da silah satışını məhdudlaşdırmağa çağırdı

  • By admin
  • 17 İyun 2016 10:04

Obama

 

Orlandoda klubda kütləvi güllələmədə həlak olmuşların ailələriylə görüş zamanı ABŞ prezidenti Barak Obama yenidən ölkədə silahın satışını məhdudlaşdırmağa çağırdı. Bu barədə Gununsesi.info Trend-in  “İnterfaks”

agentliyinə istinadən məlumatına əsasən xəbər verir.

“ABŞ-da siyasətçilər sanki sözləşdilər ki, terrorçular və ya özünü saxlaya bilməyən insanlar asan yolla silah ala bilsin”, – deyə Obama bildirib.

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.