Xəbər verdiyimiz kimi, Ağ Çiçəyim gül dükanın qarşısında süni maneə quraşdırılmışdı.
Bu isə başqa maşınların parklanmasına maneə törədirdi.
Məsələ ilə bağlı AYNA-ya sorğu ünvanlamışdıq.
Sorğumuza cavab olaraq AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, avtomobil yollarının kənarında nəqliyyat vasitələrinin parklanması üçün təşkil olunan yerlərin müxtəlif vasitələrdən istifadə etməklə kustar üsullarla məhdudlaşdırılması qadağandır:
“Mütəmadi olaraq tərəfimizdən bu cür qanunazidd əməllərin qarşısının alınması məqsədilə nəzarət tədbirləri görülür.
Sözügedən ünvanda maneələr ərazidən götüzdürülüb və obyekt sahibinə xəbərdarlıq olunub”,-deyə bildirilib.
Orxan
Gununsesi.info












