Ödənişsiz aksiya keçiriləcək - TİBB UNİVERSİTETİNDƏ

  • By admin
  • 26 İyul 2017 16:12

150106428255476376_1000x669
Avqustun 1-dən 31-dək Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında ödənişsiz aksiya keçiriləcək.

Gununsesi.info-ya ATU-nun mətbuat xidmətindən verilən məlumata görə,  aksiya çərçivəsində kardioloji problemlərdən əziyyət çəkən şəxslər ödənişsiz həkim-kardioloqun müayinəsindən keçəcək və EKQ-dən yararlana biləcəklər.

Konsultasiyaya yazılmaq üçün (050) 277 99 84, (050) 277 99 85, (012) 441 33 18 nömrələri ilə əlaqə saxlamaq olar.

Gülnaz Qənbərli

Gununsesi.info