“Oğru aləmi” ilə əlaqəli olan cinayətkar Serj Sərkisyan - FOTOLAR

  • Müəllif: admin
  • 26 Yanvar 2017 12:03
serj
Ermənistanın hakim hərbi-cinayətkar rejimi və onun başında duran Serj Sərkisyanın  postsovet məkanındakı kriminal dairələrlə sıx əlaqəsi olması barədə çox yazılıb.
Serj Sərkisyan və onun cinayətakr dəstəsi  məhz kriminal dəstlərin dəstəyi ilə Ermənistanda siyasi olimpin zirvələrini “fəth” etməli olub və uzun illərdir hakimiyyətdə oturub.  
Ermənistanda hakimiyyətə gələn S.Sərkisyanın cinayətkar dəstəsi Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməklə yanaşı, öz erməni xalqına qarşı da zülmünü əksik etməyib. Məhz onun hakimiyyəti  dövründə milyondan artıq erməni Ermənistanı birdəfəlik  tərk etməli olub.
Gununsesi.info S. Sərkisyanın  cinayətkar aləmlə bağlılığını ortaya qoyan faktları  təqdim edir.  
Faktlar göstərir ki, S. Sərkisyan hələ gənclik illərindən kriminal dairələrlə çox sıx əlaqədə olub və hətta, onların təşkil etdiyi ziyafət məclislərində iştirak edib.
Erməni blogger  Arçurni Avetisyan  Serjikin bir zamanlar  “qanuni oğru”lar  “Ded Xasan”  (Aslan Usoyan)  və Razmik Amoyan (kriminal alımdə “Çako” kimi tanınır)   kriminal dairələr üçün təşkil etdiyi bir ziyafətdə  iştirak edib.  Serjik Sərkisyan  kriminal aləmin “sxodkası”nda iştirak edib.  Bu ziyafət  1993-cü ilin myın 28-də  təşkil olunub və Sərkisyan həmin tədbirdə iştirak edib.
Serj Sərkisyan bu hadisədən cəmi iki ay sonra- 1993-cü ilin avqustunda Ermənistanın müdafiə naziri təyin edilib. Erməni blogger bildirib ki,  Serjik  kriminal dəstənin ona verdiyi silahlarla Azərbaycan torpaqlarını işğal edib.  Ona görə də Serj Sərkisyan mütəmadi olaraq kriminal aləmin  avtoritetləri ilə görüşüb. Bu foto da həminn sövdələşmlər üçün təşkil edilən ziyafətdə  çəkilib.
Erməni bloggerin yazdığına görə, Serj Sərkisyanın Ermənistanda uğurlu siyasi karyera əldə etməsində “Ded Xasan”ın çox böyük dəstəyi olub. Blogger Sərkisyanın  baş nazir və prezident olmasında da  “Ded Xasan”ın müstəsna rolu olduğunu qeyd edib. Bu, nə ilk, nə də son foto görüntüsüdür. Hətta, onun  Ermənistanda nazir, baş nazir və prezident olduğu müddətdə “qanuni oğru”larla  görüşlərdə olduğu barədə məlumatlar var. Bu fakt bir daha onun göstəricisidir.
Erməni blogger   Serj Sərkisyanın “Rudik Bakinski”, “Givi Tbilisski”, Mamuk və Cemal Mikaledze, “Romik Kurd”  və başqa bu kimi tanınmış “qanuni oğru”larla sıx əlaqəsi olduğunu da bildirir.
serj-1
Hazırladı Mürtəza Bünyadlı
Gununsesi.info