Oğruluqla məşğul olan şəxslər tutulub

  • Müəllif: admin
  • 17 May 2017 12:05

qandal-qolda

30 ədəd rels birləşdiricisini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 16-da Zabrat dəmir yolu stansiyasının ərazisindən 30 ədəd rels birləşdiricisini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rahib Məmmədov tutulub.

Bundan başqa, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də rayon ərazisindəki evlərdən birindən 50.000 manat və 20.000 ABŞ dolları, habelə sənəd oğurlamaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nəzir Məmmədov tutulub.

Eyni zamanda Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 həyətyanı sahədən su mühərriki, 5 ədəd palma ağacı və məişət əşyaları, həmçinin 1 mağazadan pul, tütün məmulatı və spirtli içkilər oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ceyhun Mərdanov saxlanılıb.

Anar

Gununsesi.info