Oğurluğun üstü açıldı

  • By admin
  • 20 İyul 2016 13:48

oo

Xəzər rayon polis idarəsinin əməliyatçıları iyul ayının 12 baş vermiş oğurluq hadisəsinin üstünü açıb. Gununsesi.info-nun xəbərinə görə, iyul ayının 12 si Xəzər rayon polis idarəsinə ərziə ilə müraciət edən Buzovna qəsəbə sakini Mirxəlil Cəlilov ona məxsus  evdən bahalı qızıl saat və üzüy oğurlanması barədə məlumat verib.  İşin istintaqın aparan müstəntiqi Rəisə Rüstəmlinin sözlərinə görə, oğru evə daxil olanda Mirxəlil Cəlilov otaqlardan birində yatıb. Oğurluq hadisəsinin törətməkdə şübhəli bilinən Laçın rayonu qaraqışlaq kəndində qeydiyyatda olan 25 yaşlı Tural Əsgərovu əməliyatçılar iyul ayının 18 saxlayıb. Saxlanılan zaman Tural oğurluq hadisəsini törətdiyini  etiraf edib. Əsgərovun sözlərinə görə, hadisə baş verən gün gecə saat 4 də Buzovnada dəniz kənarındakı çayxanalardan birindən çıxıb evlərinə yollanıb. Küçə ilə gedərkən, hündür hasara alınmış evlərdən birinin darvazasının açıq olduğunu görüb. İçəri daxil olanda həyətdə saxlanılan iki avtomombilin arasından keçərək evin pəncərəsinə yaxınlaşıb. Evdən Qızıl saatla üzüyü götürən Tural sakitcə çölə çıxıb. İyul ayının 12 –isə üzüyü şəhərdə fəaliyyət göstərən lombardlardan birinə gətirib. Lombard sahibi üzüyün üzərində qaşın briliyant olmasını bildirmədən qızılı xam mal kimi qəbul edib. 15 min  dollar dəyəri olan üzüyü 550 manata satandan sonra Tural yaxın tanışının vasitəsi ilə saatı da tanımadığı bir nəfərə satıb. 27 min dollar qiymtəi olan saatı 2700 dollara alan adamı Tural Əsgərov tanımadığını bildirib. Lombarda təhvil verilən üzük polis əməkdaşları tərəfinfən  aşkar edilərək götürülüb. Qızılı qəbul edən isə  brilyant qaşı üzüyün üstündən ayıraraq qızılı əridməyə hazırlaşırmış. Polisdən verilən məlumata görə, qızıl saatı alan adamda artıq müəyənləşdirilib.İndi peşman olan  Tural Əsgərov  deyir ki , “Bu mənim birinci və sonuncu oğurluğum”. nəfəsinə qalıib gələ bilməməsindən peşman olan Əsgərov zərərçəkmişdən üzr də istəyib. Ancaq bu peşimançılıq Turalı Cinayət məsuliyyətindən azad etməyəcək. Baş vermiş faktla əlaqədar Xəzər rayon polis idarəsində CM oğurluq -177-ci maddəsi ilə Cinayət işi başlanıb. Araşdırmalar aparılır.

qizil