
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da rayon ərazisindəki bərbərxanalardan birindən 2000 manat pul və bərbər ləvazimatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Səmədov tutulub.
Anar
Gununsesi.info












