
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Mayk Flinn Obama adminitrasyasının İran siyasətini kəskin tənqid edib.
Gununsesi.info “amerikanınsesi”-nə istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Flinn keçmişdə Obama administrasiyasının İranın təxribat xarakterli davranışına adekvat şəkildə reaksiya verməməkdə kəskin ittiham edib:
“Obama administrasiyası İranın bəd əməllərinə – o cümlədən silah alverinə, terrorizmə dəstəyinə və beynəlxalq normaların başqa pozuntularına adekvat cavab verməyib”.
Müşavir eyni zamanda əlavə edib ki, Donald Tramp adminstrasiyası İranın Yaxın Şərq və ondan kənarda təhlükəsizliyi, firavanlığa və sabitliyə zərbə endirən və amerikalı həyatlarını riskə qoyan bu cür əməllərini pisləyir.
Gununsesi.info












