
Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulublar.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il martın 8-dən mayın 28-dək olan müddətdə şəhər ərazisində 1 yardımçı təsərrüfatdan və 8 evdən təmir-tikinti alətləri, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Rəfayel Mehdiyev tutulub.
Bundan başqa, iyunun 16-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini olan bir qadının mobil telefonu oğurlanıb.
Belə ki, oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Aygün Əliyeva Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən tutulub.
Anar
Gununsesi.info









