AFFA başsağlığı verdi

  • By admin
  • 17 İyun 2017 11:18

affa

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi AFFA-nın sabiq prezidenti Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, bununla bağlı qurumun rəsmi saytında başsağlığı mətni yerləşdirilib.

Mətində qeyd edilir:

“Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkə futbol ictimaiyyəti adından AFFA-nın sabiq prezidenti Fuad Musayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Allah rəhmət eləsin!

Anar

Gununsesi.info