Oğurluqda şübhəli bilinən şəxslər tutulublar

  • By admin
  • 27 Fevral 2017 12:10

qandal-qolda

Azərbaycanda oğurluq da şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, fevralın 25-də Dübəndi dəmir yolu stansiyasının yaxınlığında dəmir yolu xəttinin 53 ədəd rels altlığını və 53 ədəd kastelini söküb oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Şirvan Gülmməmmədov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Bundan başqa Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 23-də rayon ərazisindəki klinikalardan birinin anbarından 110 metr elektrik kabelini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cahid Xeyrullayev saxlanılıb.

Eyni zamanda Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də rayon ərazisindəki evlərdən birindən 12.000 manat pul və 35.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Elmin Əlizadə tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Həmçinin Baş Cinayət-Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 25-də Bakı şəhər sakini Azər Abızadənin “Hyundai” markalı avtomobilinin təkərlərini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Babək Mirzəyev və Əflatun Xəlilov tutulublar.

Ətraflarında aparılan tədbirlərlə onların daha 2 avtomobildən hava yastığı, pul və ətir oğurlamaları da müəyyən edilib.

Anar
Gununsesi.info