Oğuzda ev yanıb

  • By admin
  • 12 Noyabr 2017 10:59

Bu gün səhər saat 06:20 radələrində Oğuz şəhər sakini,  Akif Qəhrəmanova məxsus,  ümumi sahəsi 164 kv/m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsindən evin dam örtüyü və iki otağın yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info