Səudiyyə bu ölkəyə neft ixracını dayandırdı

  • By admin
  • 12 Noyabr 2017 10:52


Səudiyyə Ərəbistanı Bəhreynə gedən neft kəmərinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə informasiyanı “Əl Ərəbiyə” televiziyası yayıb. Neft kəmərinin fəaliyyətinin dayanmasına Bəhreyndəki partlayış səbəb olub. Ər-Riyad artıq ölkənin bütün neft obyektlərində təhlükəsizlik tədbirlərini gücləndirib.

Qeyd edək ki, noyabrın 10-da Bəhreynin paytaxtı Manamadan 15 km məsafədə yerləşən Buri kəndi ərazisindəki neft kəmərində partlayış baş verib. Bəhreyn rəsmiləri partlayışı yüksək peşəkarlığa məxsus şəxslərin törətdiyini bildirib. Partlayışın arxasında İranın dayandığı da istisna edilməyib.

Gununsesi.info