Olimpiaçımızın ayağı camışa “ilişdi”, velosipeddə ikinci oldu — FOTO

  • By admin
  • 23 İyun 2016 15:37

xcamis.jpg.pagespeed.ic.kpv4I5zay5

 

Şosse velosipedinin fərdi ötüşmə üzrə Azərbaycan çempionatında maraqlı hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, Rioda keçiriləcək olimpiya oyunlarına vəsiqə qazanmış velosipedçimiz Maksim Averinin yoluna camış çıxıb. Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev əməkdaşımızla söhbətində bunları deyib:

“İdmançılar İsmayıllı rayonu ərazisində keçirilən yarışda 35 kilometr məsafəni qət etməli idilər. Velosiped yarışlarında belə hallar olur. Camışın Maksimə hər hansı bir manəesi, vaxt itkisi olmadı. Çünki fərdi ötüşmədə hər bir saniyə qiymətlidir. Ancaq hər təhlükə ola bilərdi. Maksim Rio-2016-da Azərbaycanı şosse velosipedinin qrup ötüşməsində təmsil edəcək. Əsas olan bu yarışlarda yolun avtomobillər üçün bağlanmasıdır. Yol polisi yarış zamanı yolu tam bağlamışdı. Yəni, camışı nəzərə almasaq, o halda əlavə hər hansı bir maneə və problem yox idi. Necə deyərlər, camışdır da, neynəyə bilərik? Həmin vaxt naxırın örüşdən gələn vaxtı idi. Şükür ki, xətasız ötüşdük”.

Xatırladaq ki, Maksim Averin məsafəni 48 dəqiqə 50 saniyəyə başa vurmaqla yekunda ikinci nəticə göstərib.

 

610x384x13530675_567436923464160_1546557589_n.jpg.pagespeed.ic.FNjFX7sSEd