Olimpiya Oyunlarının keçirildiyi Tokioda yoluxma rekordu

  • By admin
  • 29 İyul 2021 21:09

Olimpiya Oyunlarının keçirildiyi Tokio şəhərində yenidən koronavirusa rekord yoluxma qeydə alınıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Tokioda son 24 saatda 3865 yoluxma qeydə alınıb.

 

Xatırladaq ki, şəhərdə ardıcıl üç gündür koronavirusa sutkalıq yoluxma sayında rekord qırılır.