“Oliqarxlar ucuz yağ və piylərdən alınmış qatqını kərə yağı adı ilə baha qiymətə satırlar” - VAHİD MƏHƏRRƏMOV

  • By admin
  • 18 Yanvar 2018 11:12

“Vətəndaşlar kərə yağı alarkən diqqətli olmalıdır. Təəssüflər olsun ki, oliqarx məmurlar ucuz yağ və piylərdən alınmış qatqını kərə yağı adı ilə əhaliyə baha qiymətə satırlar”. 

Gununsesi.info bunu kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmova istinadən xəbər verir.

Onun sözlərinə görə, 1 kiloqram (82,5 faizlik) kərə yağının istehsalı üçün 23 litr inək südündən (3,6 %-li) istifadə olunur: “Azərbaycan şəraitində kərə yağı istehsalı çox baha başa gəlir, xammal istehsalı, daşınması, emalı və digər xərclər nəzərə alanda 1 kiloqram əsl kərə yağının bazarda qiyməti ən azı 18-20 manat olmalıdır. Digər ölkələrdə, xüsusən Avropada istehsal olunan kərə yağının xərcinin 50 faizini hökumət öz üzərinə götürür, sahibkara dotasiya, subsidiya verir. Bizim ölkədə süd, yağ istehsalçıları üçün güzəştlər, subsidiya nəzərdə tutulmayıb. Ona görə də işbazlar ucuz bitki yağlarını, heyvan piyini, marqarini qarışdırıb əldə olunan surraqatı əhaliyə kərə yağı kimi təklif edirlər. Həmçinin idxal olunan ucuz kərə yağlarının da keyfiyyəti şübhəlidir”.

Vüsalə

Gununsesi.info