Qazaxıstanda sərnişin avtobusu yandı - 52 NƏFƏR ÖLDÜ

  • By admin
  • 18 Yanvar 2018 11:06
Qazaxıstanda sərnişin avtobusu yanıb.
Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar üzrə Komitədən məlumat verilib.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.
“İkarus” markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb. Sərnişinlərdən yalnız 5 nəfəri avtobusdan çıxaraq xilas ola bilib.
Avtobusdakıların hamısı Özbəkistan vətəndaşıdır.

Gununsesi.info