Ölkə başçısı Cavid Qurbanovla birlikdə “28 May” stansiyasının qarşısında sakinlərlə görüşdü – FOTOLAR+VİDEO

  • By arzu
  • 19 Noyabr 2019

Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.

Gununsesi.org BAKU.WS-ə istinadən  xəbər verir ki, ölkə başçısı İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.

Sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə ölkə başçısına məlumat verib.

Açılış zamanı İlham Əliyev “28 May” stansiyası ətrafında olan sakinlərlə də görüşüb.

BAKU.WS-in əldə etdiyi görüntülərdən aydın olduğu kimi, dövlət başçısı sakinlərlə görüşüb və onların problemlərini dinləyib.

İlham Əliyev sakinlərin problemlərinin həlli ilə bağlı köməkçilərinə tapşırıq verib. Sakinlərin problemləri yerində qeydə alınıb.

Bəzi vətəndaşlar dövlət başçısı ilə şəkil də çəkdirib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gununsesi.org