Ölkədə adambaşına düşən gəlirin məbləği məlum oldu - RƏSMİ

  • By admin
  • 17 Mart 2018 13:40

2018-ci ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 7700,3 milyon manat olub. 

Gununsesi.info Dövlət Statistika xəbər verir ki, əhalinin hər nəfərinə orta hesabla 786,4 manat gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7069,6 milyon manatlıq (adambaşına 722,0 manat) və ya əvvəlkindən 10,7 faiz çox vəsait qalıb.

Gununsesi.info