Əli Həsənov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

  • By admin
  • 17 Mart 2018 13:33

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovbu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sesseranı qəbul edib.

Dövlət Komitəsindən Gununsesi.info verilən məlumata görə, görüşdə baş nazirin müavini münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün BQXK tərəfindən həyata keçirilmiş humanitar proqramları yüksək qiymətləndirib.

Ə. Həsənov bildirib ki, bu gün Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atır.

E. A. Sessera cəbhə xəttinə yaxın ərazilərdə yerləşən kəndlərdə təşkilat tərəfindən həyata keçirilən layihələr barədə geniş məlumat verib.

Nümayəndəliyin rəhbəri Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

Gununsesi.info