Genişmiqyaslı hərbi təlimlər başa çatıb – FOTO + VİDEO

  • By admin
  • 17 Mart 2018 13:25

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinə cəlb olunan şəxsi heyəti və hərbi texnikası daimi dislokasiya məntəqələrinə qayıdıb.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi hissələrə gələn bütün hərbi texnika və silaha qulluq göstərilib, onların maddi-texniki vasitələrlə təchiz edilməsi həyata keçirilib və döyüş texnikaları saxlanclara yerləşdirilib.

Gununsesi.info