“Ölkədə sosial-iqtisadi vəziyyət katastrofikdir” - Millət vəkili

  • By admin
  • 10 Sentyabr 2016 11:06
ermeni
Son iki ildə ölkədə kəskin surətdə miqrasiya, yoxulluq və işsizlik artıb.
Gununsesi. info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu erməni depuatat Ovanes Marqaryanerməni mediasına açıqlamasında  baş nazir Ovik Abramyanın istefasna mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, baş nazirin fəaliyyəti tam mənfi hesab etmək olmaz, onun müsəbət hərəkətləri də olub: “O.Abramyanın fəaliyyətinin əsas mənfi cəhəti ondan ibarət idi ki, onun fəaliyyəti dövründə ölkədə kəskin surətdə miqrasiya, işsizlik və kasıbçılığın  səviyyəsi artıb. Ən əsası isə Ermənistan iqtisadiyyatındaq ciddi çöküş baş verib”. 
Yeni baş nazirə gəldikdə isə erməni deputat deyib ki,  bunu zaman göstərəcək. “İşləsin bizim də fəaliyyəti ilə bağlı mövqeyimiz olacaq. Bu gün Ermənistanda  sosial-iqtisadi vəziyyət katastrofik durumdadır. Ölkənin xarici borcu 6 milyard dollar olduğu halda büdcəsi 2,5 milyard dollardır. İşsizlik insanları boğur. Vəziyyət getdikcə də ağırlaşır. Ciddi addımlar atmaq lazımdır. Əks təqdirdə bizi dəhşət gözləyir”- deyə, erməni deputat bildirib.
Gununsesi.info