Ölkəyə bəzi toxum və bitkilərin gətirliməsi qadağan olundu

  • By admin
  • 14 İyun 2016 15:42

 gmo

Azərbaycana Geni Modifikasiya Olunmuş(GMO) toxum və bitkilərin gətirliməsi qadağan olundu. Gununsesi.info xəbər verir ki, məsələ bu gün parlamentdə keçirilən növbədənkənar sessiyası zamanı müzakirə olunaraq qəbul edilib. Növbədənkənar sessiyada “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Toxumçuluq haqqında”, “Taxıl haqqında” və “Çayçılıq haqqında” qanun layihələri müzakirə olundu.

Qanuna dəyişikliklər barədə məlumat verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verərək bildirdi ki, toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.

Komitə sədri onu da deyib ki, Azərbaycanda genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır. O eyni zamanda əlavə edib ki, GMO mənşəli istehsal olunmuş çay və çay məhsullarının Azərbaycana idxal edilməsinə yol verilmir.

Qanun layihələri müzakirlərdən sonra qəbul edildi.

 

Mürtəza