Ölkəyə metadon keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb

  • By admin
  • 14 Sentyabr 2017 11:54

kibrit

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə Rusiya istiqamətindən daxil olan Gürcüstan vətəndaşının üzərindəki əşyalara baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı həmin əşyaların arasındakı kibrit qutusunda polietilen bağlamaya qablaşdırılmış və xalis çəkisi 4,554 qram olan narkotik maddə – metadon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info