
Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilən xəstə məhbusun əməliyyat olunması üçün 400 manat pul tələb olunur. Bu barədə Gununsesi.info-ya ölüm ayağında olduğu bildirilən məhkum İbadov Vaqif İmanxan oğlıunun yaxınları məlumat verib. Məlumata görə, QİÇS və digər ağır xətəliklərdən əziyyət çəkən məhkumun durumu çox pisdir. Buna baxmayaraq, həkimlər onu əməliyyat etmək istəmir. Yaxınlarının isə bu vəsaiti ödəmək imkanları məhduddur.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Tibb İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da telefon zənglərimizə cavab verən tapılmadı.
Mövzuya qayıdacağıq.
Ülviyyə











