
“Avropa Birliyi (AB) ayrıseçkiliyinin, xarici düşmənçiliyinin və İslamofobiyanın ən yüksək həddinə qalxdığı bir dövrdə əvvəlcə özünü dürüst və tərəfsiz olaraq mühakimə etməlidir”.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki,bu haqda Türkiyənin Avropa Birliyidəki (AB) naziri və Baş müzakirəçisi Ömər Çelik Almaniya Baş nazirinin müavini, iqtisadiyyat və enerji naziri Sigmar Gabrielin “siyasi həyatı boyunca Türkiyə AB-yə üzv olduğunu görməyəcək” deməsinə münasibət bildirərkən Twitter hesabından ona belə cavab verib.
S.Gabrielin Avropa Birliyinə qoşulma prosesində Türkiyə bütün tələbləri yerinə yetirsə belə, Avropanın Türkiyəni qəbul etməyəcəyi istiqamətindəki qiymətləndirməsini də xatırladan Çelik mesajında bunları yazıb: “Belə görüşlər AB-nin gələcəyinə ciddi risklər yaradır. Belə münasibətlərə görə, Türkiyə ilə əlaqədar narahatlıq yaradacaq vəziyyət yoxdur.Ancaq AB-nin gələcəyi üçün narahat olsalar, bu doğru olacaq. Bir siyasətçinin, siyasi karyerasını hər şeyin mərkəzinə qoyaraq oradan belə şərhlər verməsi doğru deyil.AB ayrıseçkiliyin, xarici düşmənçiliyinin və İslamofobiyia ən yüksək həddə qalxdığı bir dövrdə əvvəl özünü dürüstcə və tərəfsiz olaraq mühakimə etməlidir “-, deyə o bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info