Ombudsman: “Həbsxanalarda sıxlıqdır”

  • By admin
  • 07 Mart 2023 14:34

Azərbaycanın İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən illik fəaliyyətinə dair hesabat məruzəsini Milli Məclisə təqdim edib.

Gununsesi.info-nun əldə etdiyi sənəddə Penitensiar Sistemdəki duruma da nəzər salınıb.

Sənəddə bildirilir ki,  Ombudsman və onun Milli
Preventiv Qrupu (MPQ) tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi
yerlərdə saxlanma şəraitinin, rəftar məsələlərinin, sənədləşmənin, habelə daxil olmuş
müraciətlərin araşdırılması məqsədilə il ərzində 201 başçəkmə həyata keçirilmişdir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeli
müəssisələrində sıxlıq problemi əsas etibarilə istintaq təcridxanalarında rast gəlinir Belə
ki, 2500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında bir başçəkmə
zamanı 3300-dən, digər baçəkmə zamanı isə 3500-dən çox şəxsin, eyni zamanda 700
nəfər üçün nəzərdə tutulmuş 2 saylı İstintaq Təcridxanasında (Gəncə) 800 nəfərin, 1050
nəfər üçün nəzərdə tutulmuş 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan) 1400-dən çox
şəxsin saxlanıldığı müəyyən edilmişdir. Qadın məhkumlar üçün nəzərdə tutulan 4 saylı
cəzaçəkmə müəssisəsində də sıxlıq mövcud olmuş, lakin 2022-ci ilin əvvəllərində
müəssisənin yeni və müasir binaya köçürülməsi ilə bu problem aradan qalxmışdır. 17
saylı cəzaçəkmə müəssisəsində də müəyyən olunmuş həddən artıq sayda məhkumun
saxlanıldığı müşahidə edilmişdir. 11 saylı cəzaçəkmə müəssisəsində isə 5 nəfər üçün
nəzərdə tutulmuş cərimə otaqlarında 6-7 nəfərin saxlanıldığı aşkar edilmişdir.
Qeyd olunanlar nəzərə alınaraq, penitensiar müəssisələrdə şəxslərin
yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara riayət
edilməlidir.
Başçəkmələr zamanı məhkumluğu olan şəxslərlə tutulmuş şəxslərin, inzibati
həbs olunan şəxslərlə təqsirləndirilən şəxslərin birlikdə saxlanıldığı da müəyyən
olunmuşdur.
Monitorinqlər zamanı penitensiar xidmətin tabeliyindəki bir sıra müəssisələrin
əsaslı və ya cari təmirə ehtiyacının olduğu müşahidə edilmişdir. 2 və 3 saylı istintaq
təcridxanalarının, penitensiar xidmətin həbsxanasının istismar müddətini başa vurmuş
binalardan yeni binalara köçürülməsinin sürətləndirilməsi zəruridir.
Başçəkmələr zamanı saxlanma şəraitinin digər aspektləri – işıqlandırma,
havalandırma, sanitariya şəraiti, masa və oturacaqlar, habelə fərdi çarpayı və yataq
ləvazimatları ilə təchizat məsələləri, habelə əvvəlki başçəkmələr zamanı aşkar edilmiş
nöqsanların aradan qaldırılması istiqamətində verilmiş təklif və tövsiyələrin icrası
vəziyyəti araşdırılmış, bəzi müəssisələrdə müsbət dəyişikliklərin olduğu müşahidə
olunmuşdur.
11 saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanası ilə bağlı əvvəlki
başçəkmələrdə verilmiş tövsiyələrə uyğun olaraq, kameraların cari təmir edildiyi,
müəssisənin mətbəxinin təmirdən sonra istifadəyə verildiyi müəyyən edilmişdir.
Həmin müəssisəyə verilmiş tövsiyələrin icrasının monitorinqi məqsədilə keçirilmiş
növbəti başçəkmə zamanı müəssisədə bir çox obyektlərdə təmir-tikinti işlərinə
başlanıldığı, idman meydançasının və zalının təmir edildiyi, 6 yeni telefon otağı təşkil
edilməklə bu otaqların ümumi sayının 22-yə çatdırıldığı, televizor zalının təşkil
olunduğu, çörək sexinin açıldığı müşahidə edilmişdir.
Müəyyən edilmiş nöqsanlar kimi, 1 və 11 saylı cəzaçəkmə müəssisələrinin
cərimə təcridxanalarındakı bəzi kameralarda oturacaq sayının saxlanılan məhkumların
sayına uyğun olmadığı, bir neçə otaqda isə rütubət səbəbindən divarlarda qabarmaların
yarandığı müşahidə edilmiş, müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilmişdir.
1 və 17 saylı cəzaçəkmə müəssisələrində cərimə təcridxanalarının təmirə
ehtiyacının olduğu, 17 saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasındakı 3-4
nəfərlik yerdə 2 nəfərin istifadə edə biləcəyi masa və oturacağın təşkil edildiyi, bəzi
otaqlarda su kranının işləmədiyi, hüquq və vəzifələrin əks olunduğu lövhələrin olmadığı
aşkar edilmişdir.

 

Afət Abbasova

Gununsesi.info