Ombudsman “Quska” ilə görüşüb - SABİQ DEPUTATIN SƏHHƏTİ PİSLƏŞİB

  • By admin
  • 21 Aprel 2021 19:47

“Bu gün Almaniya Federativ Respublikası tərəfindən siyasi sığınacaq verildiyi halda Türkiyə Respublikasından oğurlanaraq (heç bir hüquqi prosedur olmadan) Azərbaycan Respublikasına gətirilən və buarada qanunsuz məhkum olunaraq 10 saylı CÇM-də saxlanılan Hüseyn Abdullayevlə görüşdüm”.

Gununsesi.info xəbər verir ki, bunu hazırda həbsdə aclıq aksiyası keçirən Hüseyn Abdullayevin vəkili Elçin Sadıqov deyib.

Vəkilin sözlərinə görə, aclıq etdiyi üçün Hüseyn Abdullayevin səhhəti olduqca pisdir:

Səhhəti pisdir, səhhəti getdikcə daha da pisləşir. daxili orqanlarının qanaxması kəsməyib, əksinə qanaxma və ağrıların (sancıların) şiddətləndiyini bildirdi, güclə yeriyirdi. Təzyiqinin 180-dən aşağı düşmədiyini dedi. Eyni zamanda dərin depressiyadan əziyyət çəkir.

Dünən Ombudsman Səbinə xanım Əliyeva onunla görüşüb və tibbi yardım göstərilməsi üçün əlindən gələni edəcəyini deyib.

Onun təcili ixtisaslaşmış tibbi müayinəyə və müalicəyə ehtiyacı vardır. Qanunvericilik icazə verdiyindən o müayinə və müalicə üçün ən azı Mərkəzi Klinik Xəstəxanasına köçürülməli, öz hesabına müayinə və müalicə hüququndan istifadəsinə şərait yaradılmalıdır.

Məsələ ilə bağlı Penitensiar Xidmətə də müraciət etmişik. Ümid edirik ki, müraciətimiz müsbət qiymətləndiriləcək və Hüseyn Abdullayevin həyat və sağlamlığına olan riskin aradan qaladırılması üçün tədbirlər görüləcəkdir”.

Gununsesi.info