Ömrü uzadan və “ehtiraslandıran içki”

  • By admin
  • 12 İyul 2017 12:21

coffee-wallpaper-1306-1433-hd-wallpapers

Ərəb dilindən tərcümədə “ehtiraslandıran içki” mənasını verən qəhvə tərkibindəki kofein sayəsində stimullaşdırıcı təsirə malikdir. Hamımız qəhvənin faydaları barədə ümumi məlumata sahibik. ABŞ-da aparılan bir araşdırma isə bu dadlı içkinin bir sıra inanılmaz müsbət tərəflərini üzə çıxarıb.

Gununsesi.info ətri və dadı ilə hər kəsi heyran edən qəhvənin faydaları haqqında məlumatı təqdim edir.

1. Gündə 3 stəkan qəhvə içmək diabet xəstəliyinə yoluxma riskini azaldır.

2. Bu içki diabet və parkinson xəstəliklərinin riskini azaltmağa qadirdir. O, həmçinin xərçəng xəstəliyinin qarşısını da alır.

3. Qəhvə eyni zamanda effektiv məşq etməyə yardım edir.

4. Bir fincan qəhvə tərkibində müxtəlif növ antioksidantları cəmləyir. Bu antioksidantlar sağlamlıq üçün çox faydalıdırlar. Antioksidantlar orqanizmdəkı oksidantları zərərsizləşdirir. Bu oksidantlar artıq çəkinin yaranmasına səbəb olurlar.

5. Bu içki ömrü uzadır. Alimlər bu qənaətə gəliblər ki, gündəlik qəhvə içən insanlar daha çox yaşayırlar. Alimlər bunu kofedə olan antioksidantların təsiri ilə izah edirlər.

6. Qəhvə insanı daha ağıllı edir, insanın düşünmə qabiliyyətini gücləndirir. Bu içki beynin daha yaxşı işləməsinə səbəb olur.

7. Bu içki qaraciyər üçün də xeyirlidir. O, qaraciyər xərçənginin qarşısını alır.

Gununsesi.info