On bankın qorunan əmanətçilərinə 461 milyon manata yaxın kompensasiya ödənilib

  • By admin
  • 19 Oktyabr 2016 09:15

asm

Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 18 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 mln. 976 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  18 mln. 70 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 850 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 mln. 716 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Gununsesi.info-ya verilən məlumata görə, 18 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 mln. 936 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 812 min manatdan artıq kompensasiya ödənilib.

18 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.

18 sentyabr 2016-cı il tarixə “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 195 mln. 423 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 460 mln. 889 min manatdan artıq kompensasiya ödənilib.

Gununsesi.info