Onlar zərif cinsin nümayəndələrinin həyatını dəyişiblər- TARİXƏ DAMĞA VURMUŞ GÜCLÜ QADINLAR

Onlar zərif cinsin nümayəndələrinin həyatını dəyişiblər

Dünya tarixindən elə güclü qadınların adı keçib ki, indi bir çox şeyi onlara borcluyuq.

Əgər bugün qadınlar cəsarətlidirlərsə, ən çarəsiz xəstəliklərə qalib gəlməyi bacarırlarsa, hər şeyin mümkünlüyünə inanacaq qədər güclüdürlərsə, hamısı onların sayəsindədir.

Gununsesi.info tarixə damğa vuran qadınlar haqqında yazını oxucularına təqdim edir:

Mariya Küri (1867-1934)

Təhsilini Fransada alan Mariya Küri Polşanın Varşava şəhərində anadan olub. Radiologiya elminin banisi olan və elmdə yeni bir mərhələ yaradan bu qadın fizika üzrə “Nobel” mükafatına layiq görülüb. Mariya “Nobel” alan ilk qadın olmaqla yanaşı, ümumiyyətlə bu mükafatı qazanmış ilk alim kimi tarixə adını yazdırıb.

 

Türkan Saylan (1935-2009)

Türkan Saylan İstanbulda dünyaya gəlib və bu şəhərdə təhsil alıb. Saylan çarəsiz xəstəlik kimi tanınan cüzamın müalicəsinin olduğunu sübut etməklə yanaşı, qızların təhsil alması uğrunda cəsarətlə mübarizə aparıb. Bunun nəticəsidir ki, o, “Beynəlxalq Gandhi” mükafatına layiq görülüb.

 

Roza Parks (1913-2005)

Qaradərili Roza Parksın adını tarixə yazdırması 1955-ci ilə təsadüf edir. Belə ki, onun oturduğu stuldan qalxıb yerini ağdərili insana verməməsi tarixin axınını dəyişib. Məlumdur ki, həmin dönəmlərdə ABŞ-da kəskin irqi ayrı-seçkilik var idi və bu kimi hallar yolverilməz hesab olunurdu.

 

Frida Kahlo (1907-1954)

Meksikanın Koyoakan şəhərində anadan olan və həyatının böyük hissəsini burada keçirən Frida Kahlo çəkdiyi rəsmlərlə dövrünün ikonalarından biri hesab olunub. 18 yaşında keçirdiyi qəza səbəbindən yataq xəstəsi olan Frida məşhur rəssam kimi adını tarixə yazdırmağı bacaran cəsur qadınlardandır. Onun ev muzeyi hazırda turistlər tərəfindən ən çox ziyarət edilən məkanlardandır.

 

Florens Naytinqeyl (1820-1910)

Dövrünə görə olduqca müasir baxış bucağına malik olan Florens XIX-XX əsrlərdə tanınmayan tibb bacısı sənətini bütün dünyaya qəbul etdirməklə yeni peşənin əsasını qoyub. Türkiyə, Almaniya və İngiltərədə tibb bacısı kimi fəaliyyət göstərən Florens müharibə illərində yaralı əsgərləri müalicə edib.

 

Marqaret Tetçer (1925-2013)

İngiltərədə dünyaya gələn və ölkəsinin ilk qadın Baş naziri olan Marqaret Tetçer dəstək görməsi ilə yanaşı, tənqid hədəfi də olub. Tetçerin Soyuq Müharibə illərində yürütdüyü siyasət ona “Dəmir Ledi” ləqəbini qazandırıb.

 

Sabiha Gökçen (1913-2001)

Bursada anadan olan Sabiha Gökçen pilotluğun qadınların da bacara biləcəyi bir peşə olduğunu hər kəsə sübut etməyi bacaran tarixi şəxsiyyətdir. Bir çox qadına nümunə olan Gökçen Türkiyənin ilk qadın pilotu olmaqla yanaşı, Atatürk tərəfindən övladlığa götürülüb. Hazırda İstanbulda yerləşən böyük hava limanlarından biri onun adını daşıyır.

 

Anna Lee Fişer (1949)

Anna Lee Fişer ABŞ-ın Nyu-York şəhərində anadan olub. O, kosmosa gedən ilk ana kimi adını tarixin səhifələrinə yazdırıb. Yepyeni bir mərhələyə qapı açan Fişer kosmosdan qayıtdıqda ilin qadını seçilib.

Gununsesi.info

COMMENTS