Ontario parlamentinin önündə ilk dəfə Azərbaycan bayrağı ucaldıldı - VİDEO

  • By admin
  • 12 Noyabr 2022 20:29

Kanadanın Ontario Qanunvericilik Məclisinin (Legislative Assembly of Ontario) önündə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın üçrəngli bayrağı qaldırılıb.

Gununsesi.info xəbər verir ki, mərasim Ontario vilayətinin paytaxtı Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

Qeyd edək ki, Ontario Qanunvericilik Məclisinin önündə Azərbaycan bayrağının qaldırılması Kanada tarixində ilk dəfə baş verib.

Gununsesi.info