“Onun Sizə, vətəninə və xalqına nə qədər sadiq və vəfalı olduğunun canlı şahidiyəm”

  • By admin
  • 10 İyun 2021 13:27

Məşhur iş adamı Dr. Zeynel Abidin Erdem Azərbaycanın Serbiya, Bosniya-Herseqovina və Monteneqroda səfiri olan Eldar Həsənov üçün Prezident Əliyevə məktub yazıb.

Azərbaycan Respublikasının Serbiya, Bosniya-Herseqovina və Monteneqrodakı səfiri Prof.Dr. Eldar Həsənov bir müddət əvvəl Bakıda həbs edildi. Balkanlarda, xüsusən Rumıniyada böyük xidmətləri ilə tanınan səfir Eldar Həsənovun yaxın dostu, qazi iş adamı, Erdem Holdingin prezidenti Dr. Zeynel Abidin Erdem’in məsələ ilə əlaqədar Azərbaycan Respublokasının Prezidenti İlham Əliyevə bir məktub yazıb.

Məktubunda keçmişdə Ümummilli Lider Heydər Əliyevlə yaxın dostluğu olan və Ulusda bir müddət Prezident İlham Əliyevlə qonşu olduğu bilinən Erdem, Prof. Dr. Eldar Həsənovun böyük xidmətləri olan dəyərli bir dövlət xadimi olduğunu və hər fürsətdə Azərbaycanın milli məsələlərini səsləndirdiyini bildirib. Səfir Eldar Həsənovun hazırda səhhətinin yaxşı olmadığını vurğulayan Erdem, Prezident İlham Əliyevə müraciət edərək “Hörmətli Prezidentim; Mən sizi həmişə ədalətli və böyük bir lider kimi tanıyıram. Eldar bəy çox xəstədir. Onun əməliyyata ehtiyacı var. Qardaşı olaraq onun səhhətindən çox narahatam. Hər zaman Sizə sadiq olan Eldar bəyə sahib çıxmağınızı və sərbəst buraxılmasını xahiş edirəm” sözlərini yazıb:

“Zati-aliləri cənab İlham Əliyev;
Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev,

Sizi böyük qələbəniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin və Azərbaycan ordusunun 27 ildən sonra öz torpaqlarınızı işğaldan qurtardığınız üçün Türk xalqı çox sevindi. Türkiyə sizinlə fəxr edir. Mərhum atanız Heydər Əliyevin dediyi kimi: Biz bir millət, iki dövlətik.

Cənab Prezident;

Bir məsələyə müdaxilə etməyinizi çox istərdim. Sizin dostunuz, mənim qardaşım, Serbiya, Bosniya və Herseqovina, Monteneqrodakı sabiq səfir Prof. Dr. Eldar Həsənov 13 avqustdan bəri həbsdədir. Eldar bəyin Sizə, vətəninə və xalqına nə qədər sadiq və vəfalı olduğunun canlı şahidiyəm. Çalışdığı ölkələrdə apardığınız siyasəti həmişə qürurla həyata keçirirdi. Eldar bəyin tutulması məni dərindən sarsıtdı. Bu günlərdə hər zaman Azərbaycan torpaqlarının işğaldan azad olunmasını gözləyirdi. Əminəm ki, dostumuz Eldar bəyin doğulub boya-başa çatdığı torpağın indi Sizin böyük və güclü siyasi iradəniz nəticəsində artıq Azərbaycanda olmasından çox xoşbəxtdir.

Cənab Prezident, Eldar bəy bir neçə ildir ağır xəstədir. Əminəm ki, ciddi xəstəlikləri olması barədə heç kimə deməyib. Ancaq vəziyyəti çox ağırdır. Təcili əməliyyata ehtiyacı var. Mən onun qardaşı olaraq səhhətindən çox narahatam. Bu gözəl qələbə günlərində zati-Alinizdən – cənab İlham Əliyevdən xahiş edirəm, Eldar bəyin sərbəst buraxılmasına, qardaş ölkə olan Türkiyədə əməliyyat olunmasına və son illərini Türkiyədə uşaqları və ailəsi ilə birlikdə keçirməsinə icazə verəsiniz. Mən Sizi həmişə ədalətli və böyük bir lider kimi tanıyıram. Siz Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın əziz dostu və qardaşısınız. Sizə sadiq və hər zaman Sizə dəstək olan dostumuz Eldar Həsənovu qorumağınızı, Ona sahib çıxmağınızı xahiş edirik. Onun ömrünün son illərini ailəsini görmədən keçməsinə imkan verməməyiniz üçün kömək diləyirik.

Böyük hörmət və ehtiramla
Dr. Zeynel Abidin Erdem ”

Dr. Zeynel Abidin Erdem kimdir?

Karyerasına 1965-ci ildə başlayan Dr. Erdem, Erdem Holding, Genpa, Ertel Erdem, Erdem Bilgisayar, Erdem Petrol, Ermeks-Er, Erdem Sığorta və Erdem Golf İdarə heyəti rəhbəridir.
İş dünyasının qazi adlarından biri olan və 8-ci Prezident Turqut Özal və Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bir çox dövlət xadimi ilə sıx dostluq əlaqələri olan Erdem Holding prezidenti və bu günə qədər beynəlxalq platformalarda Türkiyəni uğurla təmsil edən Zeynel Abidin Erdem’in davam edən vəzifələri belədir: DEİK Xarici İqtisadi Əlaqələr Şurasının İdarə heyəti Üzvü və İcra heyəti üzvü,
İspaniyanın Marmara Bölgəsindəki Fəxri Konsulu,
DEİK – Türk-İspan İş Şurasının sədri,
DEİK Dünya Türk İş Adamları Şurası İdarə heyəti Üzvü,
TABA Am Cham – Türk Amerikan İş Adamları Dərnəyinin fəxri prezidenti,
DEIK – Türk – Fransız İş Şurası İcra heyəti Üzvü,
Bahçeşehir Universiteti – Amerika Araşdırmalar Mərkəzi Məsləhət Şurasının sədri,
Turqut Özal Fikir Araşdırma Dərnəyinin baş katibi,
MAREV – Mardinli İş Adamları Dərnəyi – İdarə Heyətinin üzvü,
MARSEV – Mardin Təhsil Vəqfi – İdarə Heyətinin üzvü,
Yıldız Texniki Universiteti Mütevelli Heyəti Üzvü,
İstanbul Kimya Mühəndisləri Odası və Türk Kimya Vəqfinin üzvüdür.
Türk Ürək Vəqfi Mütevelli Heyətinin Üzvü

Gununsesi.info