Oqtay Əsədov ilk iclasda referendumdan danışdı

  • By admin
  • 30 Sentyabr 2016 12:10

millimeclis-2015_40

Bu gün Milli Məclisin 2016-ci il payız sessiyası öz işinə başlayıb. 

Gununsesi.info xəbər verir ki, sessiya dövlət himnin oxunması ilə ilk iclasını açıq elan edib. Spiker Oqtay Əsədov qeyd edib ki, bu günkü sessiyaya yüksək əhval-ruhiyyə ilə başlanılır: “ Çünki bu günlərdə ölkədə əlamətdar siyasi hadisə baş verdi. Konstitusiyaya dəyişikliklər edilməsi haqqında referendum səsverməyə çıxarıldı. Referendum demokratik və ədalətli şəkildə keçirildi”.

Spiker əlavə edib ki, Milli Məclis ötən sessiyadakı fəaliyyətinə gəlincə isə,  bu müddət ərzində 15 iclas keçirilib, 196 qanun və qərar layihəsi qəbul edilib: “33 ölkəyə 85 səfər təşkil edilib.  Millət vəkilləri bir sıra ölkələrdə keçirilən parlament , prezident seçkilərində iştirak ediblər”.

 Gununsesi.info