Oqtay Əsədov rusiyalı həmkarı ilə görüşüb

  • Müəllif: admin
  • 07 Fevral 2018 13:10

Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovarasında görüş keçirilib. 

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, Dövlət Dumasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlər, parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan sərginin rəsmi açılışı olacaq. Rəsmi açılış mərasimində Vyaçeslav Volodin və Oqtay Əsədov da iştirak edəcəklər.

Gununsesi.info