“WhatsApp”dan növbəti yenilik - QRUP ZƏNGLƏRİNƏ DAHA 3 NƏFƏR ƏLAVƏ ETMƏK MÜMKÜN OLACAQ

  • Müəllif: admin
  • 07 Fevral 2018 13:16

“Facebook” şirkətinə məxsus olan “WhatsApp” ani mesajlaşma xidmətinin yeni beta-versiyasında istifadəçilərə qrup zənglərinə öz kontakt siyahılarından 3 nəfər əlavə etməyə imkan veriləcək.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, beləliklə, qrup zənglərində eyni anda sözügedən messencerin 5 istifadəçisi iştirak edə biləcək.

İstifadəçi qrup zənginə öz kontakt siyahısından daha 3 nəfəri əlavə etmək üçün ekranın sağ yuxarı küncündə yerləşən ikonkanın üzərinə sıxmalıdır.

Sözügedən funksiya tezliklə geniş istifadəçi kütləsinə əlçatan olacaq.

Gununsesi.info