Ordubadda 20 il əvvəl bacısını öldürüb həyətdə basdıran şəxs tutuldu

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonu Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb həyətyanı sahədə basdırması müəyyən edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, E.Tarverdiyev tutularaq istintaqa təhvil verilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

 

Gununsesi.info