Ordumuzun vurduğu erməni hərbçilər ölüm ayağında

  • By admin
  • 08 İyul 2017 21:05

ermeni-esger-oldu
İyulun 7-də Azərbaycan ordusunun cavab zərbəsi nəticəsində ağır yaralanan Ermənistan hərbçilərinin durumu ağır olaraq qalır.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan bildirib.

“Hərbçilərdən birinin vəziyyəti son dərəcə ağırdır, o, baş nahiyyəsindən yaralanıb. İkinci hərbçi də ağır durumdadır. Həmin iki nəfərdə dəyişiklik müşahidə olunmur. Ancaq üçüncü hərbçinin vəziyyəti normaldır, o, ayağından yaralanıb”-Ovannisyan deyib. Separatçıların təmsilçisi etiraf edib ki, vəziyyətləri ağır olanların Xankəndi hospitalından Ermənistana, İrəvan mərkəzi hərbi hospitalına aparılması hələlik mümkün deyil. Onun sözlərinə görə, “hələlik bu məsələyə baxılmır”. Mətbuat katibi hazırda cəbhə bölgəsində sakitlik olduğunu da bildirib.

Gununsesi.info