“Orduya dəstək” aksiyasında həbs edilən gənc koronavirusa yoluxub

  • By admin
  • 08 Avqust 2020 14:28

14 iyulda “Qarabağa azadlıq” yürüşündə iştirak etdiyi üçün həbs edilən gənc Mehdi İbrahimov koronavirusa yoluxub.

Bu barədə Gununsesi.info-ya gənc fəal Şamil Mustafayev bildirib.

Onun sözlərinə görə, Mehdi İbrahimovun həbsi onun yaxınları üçün gözlənilməz olub:

”Heç bir siyasi təşkilatın üzvü deyil. Aksiyadakı təxribatda rolu olmayıb. Heç vaxt siyasətə qarışmayan və öz işləri ilə məşğul olan gənclərdən biridir. Deyilənə görə, həbsdə də koronavirusa yoluxub və vəziyyəti ağırdır. Çox ümid edirik ki, tezliklə azad olunar və övladına qovuşar”.

Qeyd edək ki, Mehdi İbrahimov uşaq futbolu üzrə məşqçi işləyir.
Gununsesi.info