Ortaya çıxan Middleton görüntüsündən sonra yeni mübahisə: Kimsə inanmır

  • By admin
  • 19 Mart 2024 15:20

Britaniya kral ailəsinin böyük bir açıqlama verəcəyi ilə bağlı söz-söhbətdən sonra bütün gözlər 83 gündür görünməyən Keyt Middletona çevrilib.

Gununsesi.info xəbər verir ki, öldüyü xəbəri ilə gündəmə gələn Middleton əri Şahzadə Uilyamla alış-veriş edərkən görüntülənib. Lakin bu dəfə videodakı qadının Keyt olmadığı iddiası gündəmə gəlib.

Britaniyanın “The Sun” qəzetində çıxan xəbərə görə, Uels şahzadəsi şənbə gününü əri Şahzadə Uilyamla evinin yaxınlığındakı qəsəbədə alış-veriş edib. Hadisə şahidi qəzetə “Bütün dedi-qodulara baxmayaraq, qarşımda məşhur cütlüyü görəndə donub qaldım. Keyt Uilyamla alış-veriş edirdi, xoşbəxt və yaxşı görünürdü” deyib.

Görüntülər sosial mediada sürətlə yayıldıqdan sonra minlərlə insan videodakı qadının fərziyyələrə son qoymaq üçün Keyt Middletonun yerinə gətirilən dublyor olduğunu iddia edib.

 

Gununsesi.info